Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini öz üzərinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini öz üzərinə götürdü

Mədəniyyət

28 Avqust 2020 14:57 1812


Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artist Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb. 

Yenisabah.az-a danışan rejissor prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərini Heydər Əliyev Fondunun öz öhdəsinə götürdüyünü bildirib:

“Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir. Hazırda sistem qoyulub, günü-gündən özümü daha pis edirdim, zəifləyirdim. Mədə bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndərilə biləcəm. Anar Ələkbərova dərin təşəkkürlərimi bildirirəm”. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!