Heydər Əliyev limanı daha bir mükafat qazandı

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev limanı daha bir mükafat qazandı

Sosial

25 Aprel 2019 16:28 782


Moskvada IV Beynəlxalq SKYSERVICE 2019 Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı səyahətçi-bloqerlərin versiyası üzrə 10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilib.

Bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndirib. pizza hut

Bu il ekspert-bloqerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed) olub.

Bloqerlərin hər biri 10 şəhəri ziyarət edib: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya).

Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və s. qiymətləndiriblər.

Bu, Heydər Əliyev Beynəlxalq Hava Limanının bu il ərzindəki artıq ikinci mükafatıdır. Mart ayında paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti “Skytrax”ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!