Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm estrada konserti davam edir   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm estrada konserti davam edir - Foto

Mədəniyyət

20 Oktyabr 2019 18:58 1292


Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.

"Yeni Sabah" xəbər verir ki, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı çıxış edirlər.

Eləcə də konsertin xüsusi qonaq müğənniləri var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları kimi öz məşhur kompozisiyalarını səsləndirirlər. Sezar pizza

19:00-da başlayan konsertə giriş sərbəstdir. Hazırda təxminən 20 min tamaşaçı bu konserti izləyir. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!