Heydər Əliyev prospektində, SOCAR-ın baş ofisinin yaxınlığında yolu keçmək istəyən yüzlərlə piyadanın həyatı hər gün təhlükə qarşısında qalır. Bu yolda sürət həddi 90 kilometrdir, üstəlik prospektin Bağırov körpüsündən başlayaraq metronun "Koroğlu" stansiyasına qədər olan bir neçə kilometrlik hissəsində cəmi iki yerdə (“Şəfa” stadionu yaxınlığında yeraltı və “Koroğlu” metrostansiyasından bir qədər aralıda yerüstü) piyada keçidi mövcuddur. Əlacsız qalan sakinlər sürətlə şütüyən avtomobillərin arasından qaçaraq keçirlər. Bu ərazidə piyadaa keçidlərinin vacibliyi haqda mediada dəfələrlə məsələ qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə avtomobil yollarında ilkin olaraq yüzə yaxın yerdə yerüstü və yeraltı piyada keçidlərinin tikintisinin zəruri olması barədə məlumatlar toplanıb və aidiyyati üzrə göndərilib. 2016-cı ildən başlayaraq Bakı şəhəri və şəhər ıtrafı yollarda 24 ədəd yeni yerüstü və yeraltı piyada keçidi inşa olunub və işlər bu il də davam etdiriləcək. Bu il yerüstü piyada keçidi nəzərdə tutulan ərazilər siyahısında Heydər Əliyev prospekti də var: “Bu il ərzində Bakı şəhərində Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi və Qala-Pirallahı yolu ilə bağlı təkliflər hazırlayıb aidiyyati üzrə təhvil vermişik. Hazırda iş layihələndirmə mərhələsindədir. İşlər yekunlaşan kimi, maliyyə vəsaiti ayrılan kimi yerüstü piyada keçidlərinin inşası həyata keçiriləcək. Artıq bizim hazırladığımız layihə əsasında Moskva prospektində (“Şamaxinka” adlanan ərazidə) tikinti işlərinə başlanıb və bu il də davam edəcək. Unikal asma yerüstü piyada keçidi olacaq. Mərdəkan-Buzovna yolunda da işlərə başlanılıb, yerüstü piyada keçidi inşa olunur”.
Virtualaz.org Dominos pizza
Telegram kanalımız