Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamə müddətlik məhdudlaşdırılacaq.
Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək. Marqarita pizza
Telegram kanalımız