Heydər Əliyevin həmsədrlərə sərt iradları: “Gərək evləndirək”

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyevin həmsədrlərə sərt iradları: “Gərək evləndirək”

Siyasət

13 Fevral 2022 09:23 1784


Azərbaycan Televiziyasının efirində yayımlanan "Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib: 

"Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”.  Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!