“Heydərovun xəbərdarlığına niyə məhəl qoyulmur?”

saytların hazırlanması

Evə çatdırılma

“Heydərovun xəbərdarlığına niyə məhəl qoyulmur?”

Xalqın səsi

29 Mart 2019 02:37 1690


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədəki çıxışı ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Yada salaq ki, K. Heydərov çıxışında bildirib ki, yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxana olub: “Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq “Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb”. 

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı Qadir İbrahimli nazirin çıxışını belə şərh edib: “Mingəçevir İstilik Elektrik Stansiyasında qəza olanda da Kəmaləddin Heydərov prezidentə məruzə məruzə etdi ki, vaxtında xəbərdarlıq etmişdik, nəzərə almadılar.  Pepperoni pizza

"Diqlas" Ticarət Mərkəzindəki yanğınla bağlı eyni məruzə edildi. Hökumətin nüfuzlu nazirlərindən olan cənab Heydərovun xəbərdarlığına məhəl qoymamağa ancaq daha ranqlı məmurların cəsarəti çatar. Hansı ki, zərərə düşmüş dükan sahiblərinə də təzminatı dövlət hesabına ödətdirməyə gücləri yetir. 

Soruşan yoxdur ki, "Diqlas" indiyəcən dövlət büdcəsinə nə qədər vergi ödəyib ki, indi dövlət onların ziyanına şərik çıxır? Sonda məlum olacaq ki, "Diqlas"-ın büdcəyə ödədiyi vergi məhəllə marketinin ödədiyi vergidən çox deyil!”.

Siyasi şərhçi Rəşid Hacılı da nazirin çıxışına münasibət bildirib: “Kamaləddin Heydərov: “Yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başlayıb.”

Bu dönərçi 5-6 ildə azı 50 öküz bişirib satıb. Vergini yedizdirib, işığı yedizdirib, yanğın nəzarətinə dönər yedizdirib, icra hakimiyyətini yedizdirib. İndi birdən-birə qanunsuz elan olunub. 

Bu dönərçiyə bitişik hələ neçə belə qanunsuz tikililəri FHN indi aşkar edib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!