Neçə aydır ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaşanan narahatlıq və həyəcan mədəniyyət müəssisələrinin də işinə ciddi təsir edib.
“Yenisabah.az” xəbər verir ki, xüsusi karantin rejimində “Evdə qal” kampaniyasına qoşulan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov AZƏRTAC-a deyib: “Koronavirus pandemiyası başlananda teatrda əvvəlcə tamaşaların nümayişi dayandırıldı. Sonra məşqlərin də təxirə salınması qərar alındı. Artıq neçə vaxtdır ki, evdəyik. Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müraciət edərək hər birimizin, ailə üzvlərimizin və xalqımızın sağlamlığı naminə evdə qalmağı çağırdı. İndiki vəziyyətdə bundan doğru yol yoxdur.
Çox şükür ki, ölkəmizdə koronavirus infeksiyası nəticəsində həyatını itirənlərin sayı da çox deyil. Arzu edirəm ki, itkilərin sayı artmasın. Başımızın üstünü alan epidemiya təhlükəsi minimal qurbanlarla da yekunlaşsın. Ümid edirəm ki, elə belə də olacaq”. pizza sifarişi
Lakin teatrın direktoru işsizlikdən darıxdığını da etiraf edir: “Həmişə çöldə-bayırda olan, səhər evdən çıxıb gecə saat 1-2-də evə gəlməyə öyrəşən adam üçün bütün günü evdə oturmaq çox çətindir. Amma dözməliyik, çünki bu çağırış bir nəfər üçün yox, hamı üçündür. Millətimiz bu çağırışa hamılıqla qoşulduğuna görə də hələ ki, böyük itkilər verməmişik”.
O, evdə olduğu günlərdə məşğuliyyəti haqqında da məlumat verib: “Boş vaxtım çox olduğundan filmlərə baxıram, oxuduğum mahnılara təkrar qulaq asaraq saf-çürük edir, səhvlərimi axtarıram. Həyətdəki toyuqlarıma dən səpirəm. Nəvəmlə oynayır və onun çox yaxın gəlməsini də imkan vermirəm. Kiçik bir həyətim var. Bağdakı ağaclara su verir, gülləri suvarıram. Pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin günləri başa çatan kimi yeni yaradıcılıq şövqü ilə işə başalayağımız günü gözləyirəm”.
Telegram kanalımız