Heykəllə bağlı Gürcüstan səfirinə etiraz

saytların hazırlanması

Evə çatdırılma

Heykəllə bağlı Gürcüstan səfirinə etiraz

Rəsmi

27 Yanvar 2019 13:47 1552


Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Haaqadakı səfiri Georgi Şarvaşidze ilə ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, Konqresin  prezidenti Sahil Qasımov və idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Gürcüstanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə görüşüblər.

Axalkalakinin Buqaşen gəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana qoyulan heykəlin azərbaycanlıların narahatlıgına səbəb olduğunu bildirib.  S. Qasımov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur, bu iki xalq qardaş xalqlardır və qardaşlığın pozulmaması üçün bu cür halların qarşısı alınmalıdır.  Sezar pizza

Səfir iki dövlət arasında münasibətlərin ciddiliyini nəzərə alaraq məsələ ilə bağlı araşdırma aparıldıgını qeyd edib. 

Daha sonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərən Gürcüstanınn "Bagration" təşkılatının sədri  Maya Adiaşvili ilə də mövcud problem barədə müzakirələr aparıb. 

Hər iki şəxs söz verib ki, Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinə bildirəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!