Heyvanların peyvənd olunması başlayır

saytların hazırlanması

Evə çatdırılma

Heyvanların peyvənd olunması başlayır

Sağlamlıq

10 Fevral 2019 01:15 1410


Yanvar ayının ilk günlərindən ölkədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, fevral ayının 10-dan başlayaraq ölkə ərazisində iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin icrasına start veriləcək.

Aparılan tədbirlərlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytar mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar.  Pepperoni pizza

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.

Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizotik vəziyyət sabitdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!