Hibrid avtomobillər nə zaman vergiyə cəlb olunur?

Hibrid avtomobillər nə zaman vergiyə cəlb olunur?

Avto Veb saytların hazırlanması

14 İyul 2022 22:15 5797


Avtomobil satışı ilə məşğul olan müəssisə 5 hibrid avtomobil idxal edib. Həmin avtomobillərin cari təmir işləri görülməklə satışı həyata keçirilərsə, bu zaman ƏDV öhdəliyi yaranırmı?

Yenisabah.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Bununla yanaşı, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin satışı isə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!