“Hicaba görə qadını döyüb öldürmək olmaz” -   Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Hicaba görə qadını döyüb öldürmək olmaz” - Deputat

Siyasət

22 Sentyabr 2022 11:38 3969


“İranda rejim dəyişikliyinin olacağına inamım azdır”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

O, İslam Respublikasında davam edən etiraz aksiyalarının aqibətinin necə olacağına dair rəyini bölüşüb:  Dominos pizza

“İranda rejim dəyişikliyinin olacağına inamım azdır. Artıq “İnstagram” sosial şəbəkəsini blokladılar. Bütün hədə-qorxulara, bu sahədə aparılan repressiv addımlara baxmayaraq, insanların küçələrə çıxması, hicaba görə öldürülən qızın hüquqları ilə bağlı öz canlarını belə qurban verməyə hazır olması ondan xəbər verir ki, hazırkı durum basdırılmış mina kimidir və istənilən anda partlaya bilər. İranın vəziyyəti sakitləşdirmək üçün atdığı bir neçə addım olub, o addımlardan sonra vəziyyət artan xətt üzrə getmədi. Ölkə prezidenti Məhsa Əmininin ailəsi ilə 40 dəqiqəyə yaxın danışıb. Onlara deyib ki, o da mənim bir qızım idi və bütün İran xanımları, övladları mənim öz balalarımdır. Bu kimi jestlər ediblər və öldürülən qızın ailəsi artıq bu aksiyalarda iştirak etmir, onları dəstəkləmir. Bu baxımdan etirazlarda bir səngimə yarana bilər”.

R. Nurullayevin sözlərinə görə, bu cür etirazlar, qadınların hüquq və azadlıqları üçün ayağa qalxması müsəlman ölkələri üçün yeni mərhələnin təməlidir:

“Ümumilikdə bu İran cəmiyyəti, idarəçiləri üçün çox ciddi siqnal oldu ki, hicaba görə əxlaq polisi qızı həbs edib, döyüb öldürə bilməz. Mən hesab edirəm ki, bundan sonrakı dövrdə İran hökuməti düşünəcək ki, İran cəmiyyəti əvvəlki kimi idarə olunmaq istəmir, qadınlar da  artıq öz hüquqları ilə bağlı ayağa qalxıblar. Bu çox vacib məsələdir. Hətta Əfqanıstanda belə “Taliban” kimi qəddar rejimdə qadınlar küçələrə çıxdı və onları gülləboran etdilər. Bu həm də müsəlman ölkələrində qadın hüquq və azadlıqları ilə bağlı yeni bir mərhələnin başlanğıcıdır. Bundan sonra İran rəsmiləri də düşünməli olacaq ki, hansısa yüngülləşmələrə, açılıma getmək lazımdır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!