Hicablı qadınları təhqir etdiyi deyilirdi...

saytların hazırlanması

Evə çatdırılma

Hicablı qadınları təhqir etdiyi deyilirdi...

Din

30 Yanvar 2019 13:27 2301


Hicablı qadınları təhqir etdiyi iddia edilən türkiyəli aktrisa Deniz Çakırla bağlı istintaq işi ləğv olunub. O, xalqı kin və düşmənçiliyə təhrik etməkdə ittiham olunurdu. 

“Yeni Sabah” xəbər verir ki, Deniz Çakırın “Mən Atatürkçüyəm, bura Atatürk Türkiyəsidir, Ərəbistan deyil. Siz Ərəbistana, İrana gedəcəksiniz” sözlərini işlətdiyi bildirilirdi. 

O isə hadisəni belə anladıb. Bildirib ki, rəfiqəsi ilə alış-veriş mərkəzindəki kafedə əyləşərkən bir-birlərinin fotosunu çəkiblər. Lakin bu zaman kənar masada əyləşmiş hicablı qadınlar məhz onların fotolarını çəkdiklərini iddia ediblər və mübahisə baş verib. Hicablı qadınlar olay haqda məhkəməyə müraciət ediblər.  Toyuqlu pizza

“Mən o qadınların yaxşı niyyətli olmadıqlarını düşünürəm. Orada Ərəbistan kəlməsini yalnız bu şəkildə işlətmişəm və bunu oradakı hər kəs eşidib: “İçkili bir məkanda içdiyim içkiyə, çəkdiyim fotoya qarışırlar, ittiham edirlər, bura Ərəbistandırmı?!  Atatürk Türkiyəsi”. Amma onlar bunu fərqli şəkildə təqdim edib məni ittiham edirlər və mən bu ittihamı qəbul etmirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!