Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəldi

İdman

08 Noyabr 2025 15:55 360


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

"Yeni Sabah" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib. pizza

Görüş Hidayət Heydərovun "yuka" xallı qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!