Hikmət Hacıyev: Cənubi Qafqaz daha sabit mərhələyə qədəm qoyub

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Cənubi Qafqaz daha sabit mərhələyə qədəm qoyub

Siyasət

17 Aprel 2026 13:37 353


Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla münaqişəni həll edib. Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub sülhü geri gətirdiyini deyib: pizza

"Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgəyə sabitlik gətirdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!