Hikmət Hacıyev: “Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir”

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: “Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir”

Siyasət

15 Avqust 2023 16:57 585


“Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edib.

“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib”, - deyə paylaşımda qeyd edilib. Dominos pizza

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!