Hikmət Hacıyev “Forbes”dəki məqaləyə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev “Forbes”dəki məqaləyə münasibət bildirdi

Siyasət

09 Avqust 2023 17:59 1348


“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

O, “Forbes”də yayımlanmış məqaləyə münasibət bildirib.  pizza

“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə edilir. Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız.

Azərbaycan Ermənistan tərəfindən dağıdıcı 30 illik hərbi işğaldan əziyyət çəkib. Ermənistanın yerləşdirdiyi milyonlarla minaların nəticəsində gündəlik olaraq azərbaycanlı mülki şəxslər mina terrorunun qurbanına çevrilirlər. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz daşınması üçün istifadə edilib”, - deyə Prezidentin köməkçisi paylaşımında vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!