Hikmət Hacıyev Kişineudakı qeyri-rəsmi görüşü ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Kişineudakı qeyri-rəsmi görüşü ilə bağlı paylaşım etdi

Siyasət

01 İyun 2023 22:36 742


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdəki hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşü ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paylaşımda bildirilir:

“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!