Hikmət Hacıyev xarici diplomatlara Azərbaycanın sülh gündəliyi haqqında danışdı

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev xarici diplomatlara Azərbaycanın sülh gündəliyi haqqında danışdı

Siyasət

02 Dekabr 2022 14:54 732


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Advanced Foreign Policy” proqramı çərçivəsində Azərbaycanın sülh gündəliyi ilə bağlı çıxış edib.

Yenisabah.az xəbər verir ki, bu barədə H.Hacıyev tviter səhifəsində yazıb.

“Advanced Foreign Policy” proqramı çərçivəsində ADA Universitetində 17 ölkədən 28 diplomat, ekspert və elmi işçidən ibarət qrupun qarşısında Azərbaycanın xarici siyasəti, təhlükəsizlik və sülh gündəliyi ilə bağlı çıxış etməkdən və sertifikatlar təqdim etməkdən məmnun oldum”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!