Hindistan Çin vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Hindistan Çin vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı

Xalqın səsi

24 Aprel 2022 12:16 3361


Hindistan hakimiyyəti Çin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb, verilən vizalar isə etibarsız sayılacaq. 

Bu barədə “Report” “The Times of India” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, buna səbəb Çin Xalq Respublikasının koronavirus pandemiyası səbəbindən bu ölkəni tərk etmiş 20 mindən çox hindli tələbənin ölkəyə girişinə icazə vermək istəməməsidir. Nəticədə rəsmi Yeni Dehli Çin vətəndaşlarına verilən turist vizalarını ləğv edib. Marqarita pizza

Qəzetin yazdığına görə, Tailand, Pakistan və Şri-Lankadan olan tələbələr Çinə qayıtması fonunda hindistanlı tələbələr bu icazəni gözləməkdə davam edirlər.

Nəşr bildirib ki, Hindistan çinlilərə diplomatik, iş və iş vizaları verməyə davam edir.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar mart ayında Yeni Dehliyə səfəri zamanı çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı bu məsələni qaldırıb, lakin Pekin hələ də cavab verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!