Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir və ilk dəfə olaraq Ermənistanda hərbi nümayəndə təyin olunacaq.
Yenisabah.az PTI-yə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
Rəsmi Dehli digər ölkələrə 15-16 hərbi attaşe göndərir. Əsas diqqət Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə verilir. Sezar pizza
“Onlardan bəziləri artıq yeni vəzifələrdə işləməyə başlayıblar. Növbəti mərhələdə müxtəlif ölkələrdə silah ixrac edilən ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe idarəsi yaradılacaq”, - deyə mənbə vurğulayıb.
Xüsusilə, ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edilib və Hindistan artıq onunla “Pinaka” buraxılış sistemlərinin, “Akaş” zenit-raket kompleksinin və digər silahların tədarükünə dair razılığa gəlib.
Telegram kanalımız