Hindistan Rusiyaya 3 min hərbçi göndərir

saytların hazırlanması

Evə çatdırılma

Hindistan Rusiyaya 3 min hərbçi göndərir

Dünya

17 Aprel 2026 23:50 762


Rusiya və Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə regionda sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur.

"Yeni Sabah" Report-a istinadən xəbər verir ki, bu, cümə günü Rusiya Federasiyasının hüquqi aktlar portalında dərc olunmuş sənəddən irəli gəlir.

Müqavilədə qeyd edilir ki, tərəflər bir-birinin ərazisində 3 000-ə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. pizza

Müvafiq kontingent birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərin fəsadlarının aradan qaldırılması və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qorumaq məqsədilə yerləşdirilə bilər.

Xatırladaq ki, sənəd 18 fevral 2025-ci ildə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Hindistanın Rusiyadakı səfiri Vinay Kumar arasında keçirilən görüşdə imzalanıb. O zaman Rusiya Müdafiə Nazirliyi müqavilənin iki ölkənin hərbi idarələri arasında qarşılıqlı əlaqə prosedurlarının sadələşdirilməsinə yönəldiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!