Hindistan səfirindən Cammu və Kəşmir açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Hindistan səfirindən Cammu və Kəşmir açıqlaması

Siyasət

02 Sentyabr 2019 16:05 1261


“Hindistan Konstitusiyası Hindistanda bütün icmaların bərabər hüquqlarını təmin edir”. 

Yeni Sabah xəbər verir ki, bu sözləri Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Cammu və Kəşmirdəki vəziyyətlə bağlı sualları cavablandırarkən deyib. Cammu və Kəşmirdəki vəziyyətin mənfi və yanlış qələmə verilməsindən narahatlığını ifadə edən diplomat deyib ki, hazırda həmin bölgədə vəziyyət normaldır və 6 avqust tarixindən indiyə kimi heç bir insan itkisinə yol verilməyib. 

“Cammu və Ladax regionundakı bütün məktəblərin və Kəşmir vadisindəki ibtidai məktəblərin 50 faizi açıqdır. 196 polis məntəqəsinin əhatə etdiyi ərazilərdən 167-sində polis məntəqələri tərəfindən gündüz məhdudiyyətləri tətbiq olunmur. 22 rayon məhkəməsi fəaliyyət göstərməkdədir və tibbi dükanlar və xəstəxanalar bütün yerlərdə açıqdır. Əksər məscidlərdə insanların dini öhdəliklərini yerinə yetirməsinə maneçilik törədilmir. Cammunun bütün rayonlarında mobil telefon xidmətləri fəalliyyətdədir və Cammu və Kəşmirin 95 telefon mübadilə xəttindən 46-sı açıqdır”. Pepperoni pizza

370-ci maddənin bəzi müddəalarının ləğv edilməsinin məqsədinin Cammu və Kəşmirdə "etnik təmizləmə" aparılması və demoqrafik vəziyyətdə dəyişiklik yaratmaq olması haqqında Pakistanın iddialarına cavab verən səfir bütün bunların əsassız olduğunu bildirib. 

O, Hindistanda Nagaland, Meghalaya, Arunaçal Pradeş və Mizoram kimi xristian cəmiyyətin və Pəncab kimi sikhlərin üstünlük təşkil etdiyi ştatların olduğunu və belə qalmaqda davam etdiyini deyib. 

Səfir həmçinin, əhalinin dəqiq sayı və faizinə nəzər saldıqda Hindistanın müsəlman əhalisinin sayının 1951-ci il və  sonuncu siyahıyaalmanın keçirildiyi 2011-ci illər müddətində 34 milyondan (ümumi əhalinin 9.8 faizi) 172 milyona (ümumi əhalinin 14 faizi) qədər artdığını xatırladıb. O, Hindistanın icraedici, qanunverici, məhkəmə və silahlı qüvvələrində icra edilən ən yüksək vəzifələrə gəlməklə yanaşı, bütün icmaların hər sahədə siyasi, sosial, iqtisadi imkanlara sahib olmaq hüququnun Hindistan konstitusiyası tərəfindən bərabər təmin edildiyini söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!