Hindistanın Assam əyalətində daşqınlar nəticəsində 8 nəfər dünyasını dəyişib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi olan Hindistanın şimal-şərqindəki Assam əyalətində aramsız yağan yağışlar səbəbindən daşqınlar baş verib. Seldə 8 nəfər həyatını itirərkən, bir çox yaşayış məntəqələrinə ziyan dəyib.
Sel səbəbiylə bölgədə qatar xidmətlərinin fəaliyyət göstərmədiyi, sel və torpaq sürüşmələri səbəbiylə bölgədə yaşayan 200 min insanın əyalətə girib-çıxmasının qarşısı alındığı açıqlanıb. Hindistan Meteorologiya Departamenti güclü yağışların qarşıdakı 4 gün ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Sezar pizza
Qeyd edək ki, 2020-ci ildə Hindistanın Uttarakhand əyalətində baş verən daşqın nəticəsində 200 nəfər dünyasını dəyişmişdi.
Nəzrin Vahid
Telegram kanalımız