Hindistan havanın çirklənməsinin qarşısını almaq üçün inək peyinindən enerji istehsal edəcək.
Yenisabah.az "Krishi Jagran India"ya istinadla xəbər verir ki, şəhərlərin enerji ehtiyaclarını ödəmək və havanın çirklənməsinin qarşısını almaq üçün inək peyinindən enerjinin istehsal edildiyi pilot proqrama start verilib.
Madhya Pradeş əyalətinin ən böyük şəhəri olan İndoredə pilot araşdırmanın bir hissəsi olaraq səlahiyyətlilər kəndlilərdən və fermerlərdən mal-qara peyini alıb. Toyuqlu pizza
Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi fevral ayında İndoredə biokütlə zavodu açaraq layihəyə start verib.
Obyektə aparılan təzək məişət tullantıları ilə birlikdə prosesdən keçdikdən sonra tez alışan metan qazına çevrilir. Prosesdən geriyə qalan üzvi maddələr gübrə kimi istifadə olunur.
Telegram kanalımız