Hindistandan Ermənistana 60 minlik “ordu” gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Hindistandan Ermənistana 60 minlik “ordu” gəldi 

Maraqlı

09 Noyabr 2023 09:36 20408


Hindistandan Ermənistana 60 mindən çox işçi gəlib. Yeni Dehli ilə İrəvan arasında birbaşa aviareys açılsa, Hindistandan gələnlərin sayı kəskin artacaq. 

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan deyib. 

O bildirib ki, Hindistanda aylıq 25-100 dollar arası qazanc əldə edənlər, ya da iş tapa bilməyənlər Ermənistana üz tutur:  Toyuqlu pizza

“Lakin onlar Ermənistanda Hindistanla müqayisədə bir neçə dəfə çox qazanırlar və çox təvazökar yaşadıqlarından, maaşlarının böyük hissəsini ailələrinə göndərirlər. Onlar əsasən qida çatdırılması, tikinti, təmizlik sektorlarında çalışırlar. Həmçinin, yoqa kursları da təklif edirlər". 

Makaryan hesab edir ki, hindlilərin iqtisadiyyatın digər sahələrini də nəzərdən keçirməsi daha məqsədəuyğun olar, çünki təkcə tikinti bu qədər ümumi işçiləri qəbul edə bilməyəcək: 

“Bundan əlavə, onlar əsasən yalnız İrəvana gəlirlər, baxmayaraq ki, gələn ildən başlayaraq paytaxtda tikintinin həcmi kəskin azalacaq, regionlarda isə artacaq. Ona görə də Hindistandan olan miqrantlar ya bölgələrə üz tutmalı, ya da başqa ərazilərdə iş tapmalıdırlar. Sonuncu halda konkret bacarıqlara ehtiyac olacaq və dil məsələsində çətinliklər yaranacaq". 

Qeyd edək ki, Hindistandan Ermənistana “işçi miqrantların” İrəvan-Yeni Dehli arasında hərbi əməkdaşlıq müqavilələrinin imzalanması və silah tədarükü vaxtı bu qədər artması diqqət çəkməyə bilməz. “İşçi miqrant” kimi Ermənistana hərbi mütəxəssislərin də gəldiyi istisna olunmamalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Jacky
    Ermənistan və bizim aramızda deməy olar yaşayış fərqi yoxdur ????????
    3 years ago
  • Ramil
    Keçəl dərman bilsəydi öz başına yaxardı)
    3 years ago
  • Şəbnəm
    Özləri acından günorta qalxandılar qaldıki kimlərəsə çörək versinlər
    3 years ago
  • Şebnem
    Özleri acından ölürlər qaldıki başqalarını yedizdirmeye
    3 years ago
  • Elmir
    Pahy şakrukxan gəlir. Öyümüz yıxıldı. Ci8lər göydə fırlanaşax. Çırmadan exo gələcək. Qorxdum qaçım gizlənim)
    3 years ago
  • Anar
    100 ildən sonra eşitsəkki Hindistan qədim Ermənistan torpaqlarıdır təcüblənmərəm)))).
    3 years ago
  • Ismayil
    Her ne olur olsun demekki Ermenistanda yawamaq ucun normal werait ve iw varki o qeder insan gelir. Gezmeye gelmirki. Mene catmayan odurki, bele iqtisasiyyati zeif ola blokadada ola yenede vetendawlarin dolaniwigi ve emek haqlari bizim olkedekinden coxdur...
    3 years ago
  • Rəfael
    Kişi problemi həll edilir. Onlara fərq etmir, təkcə anaları erməni olsun, artsınlar.
    3 years ago
  • Elanura
    Pah atona Ermənistan çox imkanlıdir, Hindistan gəlib çörək qazanmağa.Ordan burdan yardım dilənən sizsiz kimə çörək verəsiniz ay....????
    3 years ago