Hindistandan Ermənistana raket satışı ilə bağlı yeni detallar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Hindistandan Ermənistana raket satışı ilə bağlı yeni detallar bəlli oldu

Dünya

20 Dekabr 2023 00:00 767


Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərinin tədarükünə başlamaq niyyətindədir.

Bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir”, - deyə mənbə bildirib. Dominos pizza

Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.

“Bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, - agentlik mənbədən sitat gətirib.

Qeyd edək ki, “Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!