Hindistanın baş naziri Putinlə görüşdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Hindistanın baş naziri Putinlə görüşdən imtina etdi

Siyasət

09 Dekabr 2022 19:59 805


Hindistanın baş naziri Narendra Modi dekabrda Rusiya prezidenti Vladimir Putinlə görüşünü ləğv edib.

Yenisabah.az xəbər verir ki, Modi bu qərarı Ukraynadakı müharibə və Rusiyadan gələn nüvə təhlükələri səbəbindən verib.

İki ölkə arasındakı görüş 2000-ci illərdən keçirilir və yalnız bir dəfə - 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ləğv edilib. pizza mizza

Mənbələrin sözlərinə görə, görüşün ləğvi ölkələr arasında münasibətlərin pisləşməsi demək deyil, lakin Hindistanın baş naziri indi belə təmaslardan heç bir fayda görmür.

Bildirilir ki, Hindistanın görüşdən imtina edəcəyi Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçirilən sammitindən sonra bəlli olub. Modi Putini sülhə və diplomatiyaya çağırıb və bildirib ki, indiki dövr müharibələr dövrü deyil./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!