Moskva zooparkında bəslənilən Saturn adlı Missipi timsahı ölüb.
Yenisabah.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Saturn 84 yaşında ölüb. Timsahların 30-50 il yaşadığını nəzərə alanda, Saturn onların arasında ən uzunömürlü timsah sayılır.
Məlumatlara görə, Saturn 1936-cı ildə ABŞ-da doğulub. Onun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilir. pizza
Saturnun 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçdığı və 1946-cı ildə isə ingilislər tərəfindən Moskva zooparkına təhvil verdildiyi deyilir.
Telegram kanalımız