Amerika kəşfiyyatı hesab edir ki, "Hizbullah" yaraqlıları ABŞ ərazisində və ya xaricdə Amerika diplomatlarına hücumlar həyata keçirə bilər.
Yenisabh.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə Co Bayden administrasiyasındakı dörd mənbə danışıb.
Rəsmilər İranın dəstəklədiyi silahlı qruplaşmanın Yaxın Şərqdə Amerika silahlı qüvvələrinə zərbə endirəcəyinə inanır: pizza sifarişi
“ABŞ kəşfiyyatı Hizbullahla bağlı ABŞ hərbi və ya diplomatik personalına hücumlar həyata keçirmə ehtimalını nəzərdən keçirdiyini göstərən məlumatlar toplayır. Bölgədə gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalı da artır”.
Administrasiyadakı mənbələr bildiriblər ki, "Hizbullah" ABŞ-da hücum həyata keçirmək üçün agentlərdən istifadə etməyə imkan verəcək geniş beynəlxalq şəbəkəyə malikdir. Eyni zamanda, kəşfiyyatın hesablamalarına görə, Yaxın Şərqdəki digər qruplaşmaların da oxşar imkanları yoxdur.
Telegram kanalımız