Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobilinin sərnişin avtobusuna çırpılması barədə məlumat yayıb.
İdarədən “Yeni Sabah”a bildirilib ki, martın 6-da səhər saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Sərxan Kazımovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub. Dördpendirli pizza
Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir”, - məlumatda bildirilib.
***
10:37
Bakıda yük avtomobili ilə sərnişin avtobusunun toqquşmasının təfərrüatları məlum olub.
“Xaliq Faiqoğlu” şirkətindən “Yeni Sabah”a bildirilib ki, 114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən avtobusla yük avtomobilinin toqquşmasına səbəb yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.
“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.
***
08:42
Abşeron rayonunun Hökməli qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 12-14 kilometrliyində qeyd alınıb.
Yük maşını sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində dayanacaqda olan 13 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. İlkin məlumata görə ölən yoxdur.
Aydan Hacı
Telegram kanalımız