Hökumət dəyişir: Baş nazirin müavini və 3 nazir yola salınır - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Hökumət dəyişir: Baş nazirin müavini və 3 nazir yola salınır - ADLAR

Sosial

21 Yanvar 2024 12:21 71448


Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra bəzi nazirlərin vəzifəsini itirəcəyinə dair müzakirələr son günlər yenidən intensivləşib. İstefaya göndəriləcək nazirlərlə bağlı iddialar indi ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib.

Yenisabah.az vəzifəsi ilə vidalaşacaq yüksək rütbəli məmurlara dair vacib informasiya əldə edib. Məlum olub ki, yeni hökumət formalaşarkən Baş nazirin müavinlərindən birinin və 3 nazirin karyerasına son qoyulacaq. 

Baş nazirin növbəti hökumətdə yer almayacaq maüvinin adı hamıya tanışdır. Söhbət Yaqub Eyyubovdan gedir. Onun yaşının çoxluğu və səhhətində yaranmış problemlərlə əlaqədar istefaya göndəriləcəyi bildirilir.  Marqarita pizza

Qeyd edək ki, Yaqub Eyyubovun 79 yaşı var. 

Yaqub Eyyubovla birlikdə postuna "əlvida" deyəcək nazirlərin də adları bəlli olub. Hakimiyyətdəki mənbənin Yenisabah.az-a bildirdiyinə görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Elm və təhsil naziri Emin Əmrullayev və Səhiyyə naziri Teymur Musayev də yol üstündədir.

Kəmaləddin Heydərovun öz istəyi ilə vəzifədən gedəcəyi deyilir. İddialara görə, "fövqəlnazir" hələ ötən ilin yanvarında istefa ərizəsini hökumət başçısına təqdim edib. 

Emin Əmrullayev və Teymur Musayevin isə rəhbərlik etdikləri sahələrdə köklü islahatlar apara bilmədikləri üçün cəzalandırılacaqları bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zabil
    Bircə onu bilirəmki həməşə təzə gələn köhnəyə rəhmət oxutdurur
    2 years ago
  • İlham Əliyev
    *Narahat olmayın hər şey gözəl olacaq*
    2 years ago
  • Rəşad
    Ən çox o Emin Əmrullayev gedir deyə sevinirəm. Uşaqların çantalarının ağırlığı bəlkə azalar. Olmayan təhsili dahada zay günə qoyub.
    2 years ago
  • Hidayət
    Nə dəyişəcək ki? Heç nə dəyişməyəcək yaxşılığa doğru
    2 years ago
  • RTE
    Yaqub və Kəmaləddin haqqında heç nə deyə bilmərəm amma o biriləri qalacaq .Kəmaləddin 65 yaşı olmayıb.Uaqubun da adı 1 milyardı yaxalanması qalmaqalında keçir Latviya bankında.
    2 years ago
  • Эльшад
    Nazirlər dəyişəcək xalqın güzəranının dəyişəcəyi gözlənilirmi? əsas prioritet bu olmalıdır.nazir ordan çıxanda başqa vəzifəyə təyin olunacaq.amma xalq olduğu kimi yaşayacaqsa bu xəbərdən xalqa nə?????
    2 years ago
  • ÜLVİYYƏ İSGƏNDƏROVA ƏLİSGƏNDƏR QIZI
    Sahil Babayevidə o siyahıda olsa əla olar. Ümumiyyətlə isə bütün hökuməti istefaya göndərmək lazımdır. Hakimiyyəti dəyişmək lazımdır. Mən çox pis maddi vəziyyətdəyəm. Hakimiyyət yüz il işsiz yaşasalarda xalqdan oğurladıqlarını yeyə biləcəklər.
    2 years ago
  • Salman
    Yeni aclar gəlir desənə
    2 years ago
  • Fizuli
    Hörmətli cənab bildirirəm ki.Cəlilabad rayon Qarazəncir Kənd Bələdiyə Sədri NATİK AĞAYEV dəfələrnən muraciət eləmişəm oğluma həyatyani torpağ sahəsi ala bilmirəm.Yaxin qudasi Nəzərov Hafis Həsən oğli və qardaşi hərəsi 4-5 həyat götürüb.Biz uşağlarimiza götürə bilmirik.Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafik Cəlilov şikayətçini qəbul etmək istəmir.Dəfələrnən muraciət eləmişəm bahənələr gətiriblər ancağ deyir ki,Prezidentin köməkçisi Kərəm Həsənov kimi desə oni qəbul edəcək.Xahiş edirəm biz uşağlarimiza torpağ sahəsi ala bilmirəm.Yaxin zamanda bunlar kəndə torpağ qalmayacaq satacaqlar.Xahiş edirəm sizdən bizi bu bəladan qutarasiniz .
    2 years ago