Hökumət Dünya Bankına müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Hökumət Dünya Bankına müraciət etdi

Avto

15 Mart 2019 15:18 1031


Azərbaycan hökuməti Yalamadan Astaraya qədər dəmir yolu xəttinin yenidən qurulmasına maliyyə dəstəyi almaq üçün Dünya Bankına müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

“Bununla yanaşı, ölkə prezidenti də sözügedən istiqamət üçün vəsait ayırır. Bu işlər çərçivəsində Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsinin yenidən qurulması, bir xətli yolun iki xətli edilməsi və elektrikləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, yolun Salyan rayonundakı sonrakı hissəsinin dəniz kənarından kənarlaşdırılması üçün layihələndirmə gedir. Bunun üçün torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”, - deyə o qeyd edib.  Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!