Hökumətdən jest: Qadınlar hər ay 3 gün məzuniyyət alacaq

saytların hazırlanması

Evə çatdırılma

Hökumətdən jest: Qadınlar hər ay 3 gün məzuniyyət alacaq

Dünya

12 May 2022 17:00 202


İspaniya hökumətinin yeni islahat planına əsasən, kəskin menstruasiya ağrılarından əziyyət çəkən qadınlar hər ay 3 gün məzuniyyət alacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya Bərabərlik üzrə dövlət katibi Anxela Rodriqes danışıb:

"Əgər kiminsə bu cür simptomları olan xəstəliyi varsa, müvəqqəti əlillik verilir. Buna görə də çox ağrılı menstruasiya keçirən bir qadının evdə qalmasına imkan verən tətili olmalıdır". pizza sifarişi

İspaniya Ginekologiya və Mamalıq Cəmiyyətinin məlumatına görə, menstruasiya olan qadınların təxminən üçdə biri dismenoreya kimi tanınan şiddətli ağrılardan əziyyət çəkir və menstruasiya əvvəli ağrılar da nəzərə alınarsa, bu nisbət yüksəlir.

Həmçinin islahat layihəsinə məktəblərdə qızları bezlərlə təmin edilməsi tələbi, təcrid olunmuş sosial şəraitdə olan qadınlar üçün bez və tamponların pulsuz verilməsi və onların satış qiymətindən ƏDV-nin çıxarılması kimi digər yeniliklər də daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!