Hollandiyanın "Villem II" klubu erməni futbolçu Aras Özbilizlə icarə müqaviləsini pozub.
“Yeni Sabah” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin "Fortuna Siddard"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməyib. Bundan sonra klub rəhbərliyi isə onu müqavilə ilə məxsus olduğu "Beşiktaş"a geri göndərib.
Qeyd edək ki, erməni futbolçu ötən yay icarəyə verildiyi "Villem II"nin heyətində 14 matçda 1 qol vurub və bir məhsuldar ötürmə edib. "Qara qartallar" isə onu 2016-cı ilin yanvarında Rusiya "Spartak"ından transfer edib. Pepperoni pizza
Telegram kanalımız