“Azərbaycan əsir düşən erməniləri sərbəst buraxmalıdır”.
Yenisabah.az “Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, bunu Hollandiya xarici işlər naziri Sixri Kaap bildirib.
O, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasında Qarabağ problemi ilə bağlı müzakirələrə toxunaraq, Hollandiyanın Azərbaycanda qalan erməni əsirlərinin erkən azad edilməsinin vacibliyini vurğulayıb. pizza mizza
Nazir, həmçinin, mədəni abidələrlə əlaqədar UNESCO missiyasının bölgəyə ən qısa zamanda göndərilməsinə çağırış edib.
“Mayın 28-də Hollandiyanın təşəbbüsü ilə Aİ sərhədlərarası inkişafdan dərin narahatlığını ifadə edən və gərginliyin azaldılmasının vacibliyini vurğulayan yeni bir ortaq bəyanat verib. Qoşunların dərhal sərhəddən çıxarılması üçün müraciət edilir və demarkasiya məsələsinə yalnız danışıqlar yolu ilə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunur. Bəyanatda, eyni zamanda, erməni əsirlərinin dərhal sərbəst buraxılması üçün bir çağırış var”, – deyə Sixri Kaap qeyd edib.
Telegram kanalımız