Bruney sultanlığı homoseksuallar və zina edənlər haqqında cəza müəyyənləşdirib.
“Yeni Sabah” xəbər verir ki, 2014-cü ilin may ayından etibarən şəriət qanunlarına keçən sultanlıq bu sahədə yeni qanunlar qəbul edib. Beləki, 3 aprel tarixindən qüvvəyə minəcək qanuna əsasən, homoseksuallar və zina edənlər daşlanaraq edam ediləcək. Edam müsəlmanların gözü qarşısında baş tutacaq. Eyni zamanda qanunda oğurluq edən şəxslərin əllərinin kəsiləcəyi də öz əksini tapıb.
Bəzi insan haqları təşkilatları bununla bağlı baş nazir Həsən Əl Bulkiyəyə xəbərdarlıq edib və onu bu qanundan imtina etməyə çağırıb. Beynəlxalq Əfv Təşkilatından Raçel Hovard baş nazirə müraciət edərək cəzanı dəyişdirməyi tapşırıb: Pepperoni pizza
“Bruney sultanlığı insan haqlarına uyğun olaraq, bu qorxunc planları həyata keçirməkdən dərhal imtina etməli və qanuna düzəlişlər etməlidir. Beynəlxalq təşkilatlar Bruneyi qınamalıdır”.
Baş nazir isə məsələylə bağlı olaraq şəxsi hesabından açıqlama yayıb: “Hökumətimiz digər dövlətlərin bu qanunla razılaşacağını gözləmir. Tək gözlədiyimiz şey bizim onlara hörmət etdiyimiz kimi onların da bizə hörmət etməsidir”.
Telegram kanalımız