Horadiz şəhərində çinar ağaclarının kəsilməsi ilə bağlı ETSN-nin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov cavab verib.
O bildirib ki, Horadiz şəhəri 20 yanvar küçəsində avtomobil yolunun kənarındakı çinar ağaclarının yola doğru əyilərək insanlar və avtomobillər üçün təhlükə yaratdığından Horadiz şəhər bələdiyyəsi tərəfindən ağacların kəsilməsi ilə bağlı Nazirliyin Dövlət Ekspertiza idarəsinə müraciət daxil olub. Müraciət əsasında təhlükə yaradan ağacların hər birinin əvəzinə bir neçə ağacın əkilməsi şərtilə yalnız təhlükə yaradan ağacların götürülməsinə icazə verilib.
Əraziyə keçirilən baxış zamanı verilmiş rəyin tələblərinin yerinə yetirilmədiyi, mövcud qaydalara əməl olunmadığı müəyyən edilib. Bununla bağlı Horadiz şəhər bələdiyyə sədrinin cərimələnməsi barədə qərar verilib. Eyni zamanda kəsilmiş ağacların ətrafında yeni ağacların əkilməsi tələbi qoyulub. Hazırda ərazidə ağacəkmə tədbirləri aparılır. Toyuqlu pizza
“Bizim Yol”
Telegram kanalımız