Bir neçə gün öncə Horadiz şəhərinin mərkəzi küçəsində yaşı yüzə yaxın olan çinar ağacları kəsilib.
Horadiz şəhər sakinləri bildiriblər ki, Horadiz şəhərinin mərkəzi küçəsi olan “20 yanvar” küçəsində yaşı yüzə yaxın olan 15 ədəd çinar ağacı kəsilib. Marqarita pizza
Vətəndaşlar əlavə ediblər ki, bununla bağlı aidiyyatı qurumlara, şəhər ziyalılarına müraciət edib və yaxın günlərdə də məhkəməyə müraciət ediləcək.
Hələlik bununla bağlı bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verməyib.
Bizimyol.info
Telegram kanalımız