Hörmüz boğazından gündəlik 15 gəmi keçəcək

saytların hazırlanması

Evə çatdırılma

Hörmüz boğazından gündəlik 15 gəmi keçəcək

Dünya

09 Aprel 2026 17:29 255


Atəşkəs razılaşmasına əsasən, İran Hörmüz boğazından gündə 15 gəmidən çox keçməsinə icazə verməyəcək.

"Yeni Sabaha" TASS-a istinadla xəbər verir ki, bu barədə İslamabadda danışıqlardan əvvəl yüksək vəzifəli İran mənbəsi danışıb.

"Hazırkı atəşkəs razılaşmasına əsasən, Hörmüz boğazından gündə 15 gəmidən çox keçməsinə icazə verilmir. Bu hərəkət İranın razılığından və müəyyən bir protokola riayət etməsindən ciddi şəkildə asılıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyi bu yeni hüquqi çərçivə rəsmi olaraq regiondakı tərəflərə çatdırılıb. Müharibədən əvvəlki status-kvoya qayıtmaq mümkün olmayacaq", - mənbə bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!