Horovlu kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Horovlu kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olundu

Sosial

28 Yanvar 2026 13:35 315


Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Bu mərhələdə Cəbrayılın Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar müxtəlif ərazilərdə yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!