Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - Fotolar

Siyasət

19 May 2022 00:44 782


Türkiyənin müdafiə naziri Hulusi Akar 44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı qazilərlə görüşüb.

Yenisabah.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə və Azərbaycanı kədər və sevinc içində birləşən iki qardaş kimi xarakterizə edən Akar, “Biz iki dövlət, bir millətik. Buna bütün qəlbimizlə inanırıq”, - deyə bəyan edib.

Hulusi Akar Azərbaycan ordusunun işğal altındakı Vətən torpaqlarını xilas etdiyini xatırladıb və  əməliyyatın böyük uğurla həyata keçirildiyini bildirib. Marqarita pizza

Müdafiə naziri əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

Azərbaycan qaziləri də öz növbəsində Türkiyə Silahlı Qüvvələrinə dəstək üçün minnətdarlıq ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!