Hulusi Akar: “Şuşa və Bakı Bəyannamələri ilə...“

saytların hazırlanması

Evə çatdırılma

Hulusi Akar: “Şuşa və Bakı Bəyannamələri ilə...“

Siyasət

05 Oktyabr 2021 17:53 1707


"Şuşa və Bakı Bəyannamələri ilə Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik bütün dünyaya elan edilib".

Yernisabah.az Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Hulusi Akar azərbaycanlı vəzifədaşı  general-polkovnik Zakir Həsənovla görüşündə bildirib.

Akar “Tək Vətən Hərəkatı”nın ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edib. Toyuqlu pizza

Nazirin sözlərinə görə, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək 30 illik işğala son qoyması regionda davamlı sülh üçün yeni imkanlar yaradıb.

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə haqq mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - Türkiyənin müdafiə naziri vurğulayıb.

Akar qeyd edib ki, “Qardaş Briqada” layihəsi Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırması, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün başladılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!