Baş nazir Novruz Məmmədov “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, qərarda “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nda aşağıdakı dəyişikliklər edilib:
- “təsisçi və” sözləri “təsisçi, qanuni təmsilçi seçilmiş şəxs və ya” sözləri ilə əvəz edilib. pizza hut
- “Təsisçi (təsisçilər)” sözlərindən sonra “, qanuni təmsilçi (qanuni təmsilçilər) seçilmiş şəxs” sözləri əlavə edilib.
- “Qeyd” hissəsinin birinci abzasına “Təsisçi” sözündən sonra “, qanuni təmsilçi” sözləri, “(təsisçilərinin)” sözündən sonra “, qanuni təmsilçinin (qanuni təmsilçilərin)” sözləri əlavə edilib.
Telegram kanalımız