Hüseyn Abdullayev aclıq aksiyasına başladı

Hüseyn Abdullayev aclıq aksiyasına başladı

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 18:53 918


Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev ölüm aclığına başlayıb.

"Yeni Sabah"ın məlumatına görə, bu haqda "Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, Hüseyn Abdullayev beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə daxil olan sorğulara doğru olmayan cavabların verilmədiyini iddia edir və buna etiraz olaraq aclıq aksiyası keçirir. 

Məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov təmsil etdiyi quruma belə bir məlumat daxil olmadığını bildirib. 

Hüseyn Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkilinin aclıq elan etməsi ilə bağlı sualı "mən məlumat verə bilməyəcəyəm” deyə cavablandırıb.

Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Ötənlərdə onun vəkili Ruhid Əkbərov açıqlamalarında demişdi ki, müvəkkilinin şikayəti yoxdur. Sabiq deputatın qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur, vəkili Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!