Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulur

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulur

Maraqlı

03 Fevral 2019 00:59 2627


İstanbulda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulur. Tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanır.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Məlahət Abbasova Hüseyn Cavid kimi dahi bir yazıçını türk tamaşaçısına tanıtmağı özünə borc bildiyini deyib: “Bu əsəri səhnələşdirmək mənim 28 illik arzum idi və mən bu istəyimə nail oldum. Hədəfimiz tamaşanın uğurlu alınması ilə yanaşı, Hüseyn Cavidi türk tamaşaçısına layiqincə çatdırmaqdır. Mənim fikrimcə, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də öz aktuallığını qoruyur və çox təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir”. Pepperoni pizza

Tamaşada baş rollarda Türkiyənin tanınmış aktyorlarından olan Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.

Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!