Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişində atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Aişə qeyd edib ki, onun qardaşı olub-olmamasını öyrənmək fikrindədir.
“Onların da şübhəsi varsa, gəlsinlər analiz verək. Mən test etməyə hazıram"deyə, o bildirib.
“Yeni Sabah” Sona İbadovanın məsələylə bağlı fikirlərini öyrənmək üçün onunla əlaqə saxlayıb. pizza hut
S. İbadova bildirib ki, cavab vermək istəmir.
“Hələ ki, danışmaq istəmirəm. Məsələylə bağlı heç kimə açıqlama verməmişəm. Geniş müsahibə verəcəm, amma hələ yox”.
Telegram kanalımız