Hüseyn Məlik 30 sutkalıq həbsdən sonra azadlığa çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Məlik 30 sutkalıq həbsdən sonra azadlığa çıxıb

Siyasət

10 Noyabr 2023 18:58 859


Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik 30 sutkalıq həbsdən sonra azadlığa buraxılıb.

“Yeni Sabah”ın məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.

H.Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilmişdi. pizza sifarişi

Özü və təmsil olunduğu partiya həbsi siyasi xarakterli həbs kimi qiymətləndirib.

Xatırladaq ki, Hüseyn Məlik bir neçə ay əvvəl də inzibati qaydada həbsdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!