“Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA

Avto

04 Fevral 2020 22:22 2093


“Hyundai Azərbaycan” Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company”-nin fəaliyyətinin dayandırması ilə bağlı məlumatı təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, bu gün yayılan məlumata görə, Cənubi Koreya hökuməti Çində davam edən “Corona” virus böhranı səbəbiylə bir müddət Çindən idxalı dayandırıb. Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini bildirib.

Buna baxmayaraq, zavodlar fəaliyyətini davam etdirir. “Hyundai Azərbaycan”dan verilən məlumata görə Cənubi Koreya ilə yanaşı, Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edilir. Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı hazırda gecikmələr gözlənilmir. /APA Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!