"Ankara Suriyanın şimalında və İraqda hava əməliyyatı zamanı Moskva ilə hərəkətlərini əlaqələndirib".
Yenisabah.az "AHaber"ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O deyib: “Hərbi hava qüvvələrinin əməliyyatları ilə bağlı planlarımızla bağlı bu məsələlər müzakirə olunur. Tel-Rıfatda hava məkanına necə daxil olduq? Biz bunu Rusiya Federasiyası ilə müzakirə etdik və hərəkətlərimizi əlaqələndirdik. Planlaşdırırıq, müzakirə edirik, koordinasiya edirik, fəaliyyət göstəririk”.
Telegram kanalımız